Главная > Cəmiyyət > Tiktoker "Miray" həbs edildi
Tiktoker "Miray" həbs edildi29-08-2025, 17:32. Разместил: izzet |
|
"Miray" kimi tanınan tiktoker Aysel Mustafayeva həbs edilib. Sizinxəbər.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə dörd aylıq həbs qətimkan tədbiri seçilib. "Miray" polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirləndirilir. Вернуться назад |