Prezidentin köməkçisindən koronavirusun yayılması ilə bağlı HƏYƏCAN TƏBİLİSizinxeber.az – Azərbaycan Xəbərləri

18 Ocak 2021 - 15:59

Prezidentin köməkçisindən koronavirusun yayılması ilə bağlı HƏYƏCAN TƏBİLİ

Prezidentin köməkçisindən koronavirusun yayılması ilə bağlı HƏYƏCAN TƏBİLİ
ƏLAVƏ OLUNUB :

08 Dekabr 2020 - 15:49

Prezidentin köməkçisindən koronavirusun yayılması ilə bağlı HƏYƏCAN TƏBİLİ
“Son həftələr ərzində Azərbaycanda koronavirusun yayılma dinamikası hər kəsi narahat edir. Təəssüflər olsun ki, bu xəstəlikdən ölənlərin də sayı artır”.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə də artıq hər bir şəxs qohumlarının bu xəstəliyə yoluxması barədə məlumatlar paylaşırlar:
“Yayılma tendensiyası ölkənin səhiyyə sistemi üçün ağır yük yaradır və tibbi müdaxiləyə ehtiyacı olan insanlar kənarda qala bilər”.
“Bu gün aktiv xəstələrin sayı 56 mindən artıqdır. Testlərdən keçməyərək, yüngül simptomlu şəxslər də var ki, kənarda qalır. Evdə müalicə olunanların sayı 48 mindir və xəstəxanada müalicə alınanların sayı səkkiz mindən çoxdur. Gündəlik koronavirusa yoluxma 4500 çərçivəsindədir ki, bunlar kifayət qədər həyacan təbili çalmağa əsas verir”, – deyə o qeyd edib.
İlhamə Əbülfət

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.