Paşinyana verilən cavab Yerevanda qarşıdurma yaradıbSizinxeber.az – Azərbaycan Xəbərləri

23 Ocak 2021 - 05:49

Paşinyana verilən cavab Yerevanda qarşıdurma yaradıb

Paşinyana verilən cavab Yerevanda qarşıdurma yaradıb
ƏLAVƏ OLUNUB :

06 Oktyabr 2019 - 0:59

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın bacısı – Anjela Tovmasyanın sahibi olduğu Hayeli.am (“Güzgü”) saytında “Əliyevin Paşinyana gecikmiş, lakin güclü cavabı” başlıqlı məqalə dərc edilib. Bizimyol.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” xəbər yayıb. Bu məqaləyə görə, bir qrup erməni millətçisi Anjela Tovmasyanı və onun qardaşını “anti-Qarabağ” mövqeyində ittiham edərək qəzetin redaksiyasına hücum təşkil edib. Aksiya hansısa David Ovhannisyan tərəfindən təşkil edilib. Onunla birlikdə Sarkis Manukyan, kurtköy escort bayan Artak Markaryan və Hayk Stepanyan da hücumda iştirak ediblər. Onlar “Güzgü” Mətbuat Klubunun qapılarına yumurta atıb və plakatlar yapışdırıblar. Ovhannisyan, bu media qurumunun bağlanmasını tələb etdiyini bildirib. “Anjela Tovmasyan və qardaşı əşyalarını yığaraq Azərbaycana getməlidirlər”,-deyə o bildirib. Anjela Tovmasyan Etirazçıların dediyinə görə, qapı açıq olsaydı, onlar eyni şeyi redaksiyanın daxilində də edəcəkdilər. Polisin mətbuat xidmətindən “Sputnik-Ermənistan”a bildiriblər ki, haqqında söhbət gedən məqalə ilə əlaqədar araşdırma aparılır. Saytın və “Güzgü” mətbuat klubunun rəhbəri Anjela Tovmasyan hesab edir ki, bugünkü aksiya təzyiq göstərmək, onu və qardaşını qorxutmaq məqsədi daşıyıb. “Bu, saytın, escort bayan mətbuat klubunun və şəxsən mənim müxalifət mövqeyimlə əlaqəlidir. Qardaşımın vəziyyətini nəzərə alaraq ailəmizə təzyiq göstərməyə başlaya biləcəkləri barədə mənə xəbərdarlıq etmişdilər. Bu, tamamilə mövcud hakimiyyətin üslubunda olan şeydir. Bugünkü xuliqanlıq bunu sübut etdi. Bütün iştirakçılar cəzalandırılmalıdır”,-deyə o vurğulayıb. Xatırladaq ki, Paşinyan partiyasının “Mənim addımım” fraksiyası Konstitusiya Məhkəməsinin rəhbəri Hrayr Tovmasyana qarşı səlahiyyətdən məhrumetmə prosesinə başlayıb. Parlament artıq Konstitusiya Məhkəməsinə maltepe escort təqdim olunan müvafiq qanun layihəsini təsdiqləyib. Tovmasyanın vəzifəsini tərk edib-etməyəcəyi ilə bağlı məhz Konstitusiya Məhkəməsinin üzvləri qərar verəcəklər.(virtualaz.org)

YORUM YAP

YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.