
Qarabağ ətrafında baş verən situasiyada Rusiyanın öhdəliklərini yerinə yetirməsinə görə Ermənistan rəhbərliyi dəfələrlə təşəkkür edib.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Rossiya-24 kanalının efirində deyib.
“Rusiya çoxtərəfli və ikitərəfli çərçivədə, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqda tam şəkildə öz öhdəliklərini yerinə yetirib. Buna görə Ermənistan rəhbərliyi, Baş nazir Paşinyan dəfələrlə Rusiyaya təşəkkür edib”, – Putin bildirib.