Parlamentin daha bir deputatı koronavirusa yoluxdu - FOTOSizinxeber.az – Azərbaycan Xəbərləri

15 Ocak 2021 - 17:44

Parlamentin daha bir deputatı koronavirusa yoluxdu – FOTO

Parlamentin daha bir deputatı koronavirusa yoluxdu – FOTO
ƏLAVƏ OLUNUB :

22 Noyabr 2020 - 13:26

Parlamentin daha bir deputatı koronavirusa yoluxdu – FOTO
Milli Məclisin deputatları arasında da koronavirusa yoluxanlar var. 
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov koronavirusa yoluxub.
O, bu günə qədər koronavirusa yoluxan xəstələrin müalicə prosesində yaxından iştirak edirdi. 
Deputat məlumatı Oxu.Az-a təsdiq edib. O bildirib ki, koronavirus testinin nəticəsi müsbət çıxıb:
“Bəli, koronavirusa yoluxmuşam. Vəziyyətim o qədər də pis deyil. Ev şəraitində karantində müalicəm davam edir. Əminəm ki, bu sınaqdan da üzüağ çıxacağam. Hər kəs özünü qorusun. Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm”.

Xatırladaq ki, son günlər mediada Milli Məclisin 10-a yaxın deputatının koronavirusa yoluxduğu barədə məlumatlar yayılıb.
Könül Cəfərli 

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.