Müharibə zamanı danışıqlar... - Nikol həyasızcasına aldadırSizinxeber.az – Azərbaycan Xəbərləri

17 Ocak 2021 - 21:26

Müharibə zamanı danışıqlar… – Nikol həyasızcasına aldadır

Müharibə zamanı danışıqlar… – Nikol həyasızcasına aldadır
ƏLAVƏ OLUNUB :

30 Noyabr 2020 - 0:51

Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov Baş nazir Nikol Paşinyanın 19 oktyabrda müharibənin dayandırılması üçün aparılan danışıqlarla bağlı açıqlamasına reaksiya verib.

Axar.az xəbər verir ki, Şarmazanov Paşinyanı “həyasızcasına yalan danışmaqda” və “torpaqları satmaqda” ittiham edib.

“Hələ 12 oktyabrda, təkrar edirəm, 12 oktyabrda mən Paşinyana təklif etdim ki, Putinə müharibəni dayandırmaq xahişi ilə müraciət etsin. Dedim ki, bu gün atəşkəs üçün təklif edilən şərtlər sabah olmaya bilər, müharibə davam etsə, əlavə ərazilər və insan itkisi olacaq. Ancaq o, bunu etmədi və xalqa yalan danışmağa başladı ki, guya biz qələbə qazanacağıq”, – Şarmazanov deyib.

Onun sözlərinə görə, 19-20 oktyabr danışıqlarında da Paşinyan Rusiya liderinin təklifindən imtina etdi və bu, Putin üçün anlaşılmaz idi:

“Amma bu gün o, həyasızcasına aldadır ki, Putin onun cavabını “məntiqli” adlandırıb”.

Şarmazanov 19 oktyabr görüşündə Hadrut və Şuşa haqda heç bir müzakirə getmədiyini də xatırladıb.

Qeyd edək ki, 17 müxalif partiyası 10 noyabrdan Paşinyana qarşı davamlı aksiyalar keçirir. Müxalifət Paşinyanın istefasını tələb edir.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.