Mübariz Mənsimov məhkəmədə danışıb: Deyilənlər böhtandır, Türk millətçisi, Atatürk sevdalısıyam - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

23 Ocak 2021 - 04:06

Mübariz Mənsimov məhkəmədə danışıb: Deyilənlər böhtandır, Türk millətçisi, Atatürk sevdalısıyam

Mübariz Mənsimov məhkəmədə danışıb: Deyilənlər böhtandır, Türk millətçisi, Atatürk sevdalısıyam
ƏLAVƏ OLUNUB :

09 Dekabr 2020 - 17:47

Tanınmış azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimovun məhkəmə prosesi keçirilib.

Gununsesi.org xəbər verir ki, 27-ci İstanbul Ağır Cəza məhkəməsində gerçəkləşdirilən məhkəmə iclasında “Palmali” şirkətinin qurucusu Mübariz Mənsimov çıxış nitqi söyləyib. Mənsimovun ifadələrini sizə təqdim edirik:

“Sayın Başqan, olanları görürsüz, eşitdiniz. Mənim FETO deyilən şərəfsizlə əlaqəm olmadı, tam əksinə, onlar mənimlə mübarizə apardı. Sağlığım yaxşı deyil, ədalətin doğru qərar verməsini istəyirəm, deyilənlər böhtandır. Mən bir Türk millətçisi, Atatürk sevdalısıyam, nə işim ola bilər FETO ilə. Mən şiəyəm. Bizdə inam, falan olmaz. Tamamı ilə yalandır bunlar. Mən bütün sənədləri, bilgisayarımı, telefonlarımı öz əlimlə məhkəməyə təqdim etdim. Mən 10 ildir eyni telefonu işlədirəm. O şərəfsizlərlə yaxından uzaqdan heç bir əlaqəm olmadı. Mən bu məhkəmədə hec bir dəlil görmədim. Sadəcə, oyun gördüm. Sizdən xahiş edirəm, hüququ doğru tərəfə istifadə edin.”

Qeyd edək ki, növbəti məhkəmə prosesi 13 yanvar 2021-ci il tarixində keçiriləcək.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.