Məhkəmə Mübariz Mənsimovla bağlı qərar verdi - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

16 Ocak 2021 - 05:41

Məhkəmə Mübariz Mənsimovla bağlı qərar verdi

Məhkəmə Mübariz Mənsimovla bağlı qərar verdi
ƏLAVƏ OLUNUB :

13 Yanvar 2021 - 19:34

“Palmali” Şirkətlər Qrupunun rəhbəri, məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimovun bu gün İstanbulda məhkəməsi keçirilir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, prosesi 27-ci İstanbul Ağır Cəza Məhkəməsi aparır.

“Palmali”nin mətbuat katibi Fidan Quliyeva sayca 3-cü olan bu prosesin Mübariz Mənsimovun iştirakı ilə aparılacağını paylaşıb. O bildirib ki, M.Mənsomova özünü müdafiə etmək üçün çıxış imkanı yaradılacaq.

M.Mənsimovu Çaka Kul, İsanbikə Bilgili, Fatih Turhan, Səbuhi Rəhimov, Tuğçe Qaraöz, Aykan Sargın və Türkiyənin daha bir tanınmış vəkili prof.dr. Ersan Şən müdafiə edir.

Əlavə şahidlərin olmayacağı halda bu gün hökm oxunacağı gözlənilir.

Bu arada F.Quliyeva M.Mənsimovun səhhətinin yaxşı olmadığını da bildirib.

***

Mübariz Mənsomovun məhkəməsi martın 5-ə təxirə salınıb.

Bu barədə “Palmali”nin mətbuat katibi Fidan Quliyeva Feysbuk səhifəsində yazıb.

“Hakim hökmü oxumadı. Məhkəmə mart ayının 5-də davam edəcək. İfadə vermək üçün daha 2 nəfər məhkəməyə dəvət ediləcək”, – Quliyeva bildirib.

Qeyd edək ki, M.Mənsimov 15 mart 2020-ci ildə FETÖ ilə işbirliyində ittiham olunaraq saxlanılıb və 17 martda barəsində həbs qərarı verilib. Sentyabrda onun həbs müddəti uzadılıb.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.