Laçının Azərbaycan iqtisadiyyatı üçün əsas rolu açıqlandıSizinxeber.az – Azərbaycan Xəbərləri

18 Ocak 2021 - 19:07

Laçının Azərbaycan iqtisadiyyatı üçün əsas rolu açıqlandı

Laçının Azərbaycan iqtisadiyyatı üçün əsas rolu açıqlandı
ƏLAVƏ OLUNUB :

01 Dekabr 2020 - 11:53

Laçının Azərbaycan iqtisadiyyatı üçün əsas rolu açıqlandı
Laçında aqrar, sənaye və turizm sahələri inkişaf etdiriləcək.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə məlumat verib.
O bildirib ki, Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan və işğaldan azad olunan Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.
Rayonun ərazisi 1.84 min kvadrat kilometr olmaqla, 8 avqust 1930-cu il yaranıb. Laçın rayonu ilə Bakı arasında olan məsafə 414 km-dir. Rayonda 1 şəhər – Laçın, 1 qəsəbə – Qayğı və 125 kənd var. Burada əhalinin sayı – 77,7 min nəfər, sıxlığı isə bir kilometr kvadratda 42 nəfərdir. 2009-cu ilin əhalinin siyahıyaalınması məlumatına əsasən əhalinin 96 faizi azərbaycanlılardan ibarətdir və əhalinin 83 faizi kənd yerlərində yaşayır.
Onun sözlərinə görə, rayonda əsas civə yataqları olan Narzanlı, Çilgəzçay, Sarıbulaq, əhəng istehsalına yararlı Laçın əhəngdaşı və üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf Ağoğlan, Əhmədli, kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil yataqları və istismar ehtiyatları günlük 430 min kub metr olan Minkənd mineral su yataqları var.
N.Hacızadə əlavə edib ki, bu bölgədə tikinti-inşaat sektoru üçün əhəmiyyətli hesab edilən xammal bazası mövcuddur. İşğaldan öncə mərmər, əhəng sexləri, iki ədəd daş karxanası fəaliyyət göstərib.
Bu bir daha rayonun yenidən biznes ənənələrini bərpa etmək üçün fundamental əsaslardandır. Buna görə də Qarabağın inkişafında əsas inkişaf faktoru tikinti sektoruna yararlı xammal bazasıdır və Laçın rayonu da bu istiqamətdə yaranacaq inkişaf trayektoriyasında mühüm paya sahib olacaq.
Laçın rayonunun bir sıra investisiya tutumlu sahələri var ki, bura kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti və turizm sektoru daxildir. İşğaldan əvvəl əməkqabiliyyətli əhalinin təxminən 82 faizi kənd əhalisi olub.  Bütün bu göstəricilər yeri fermerlər üçün əlavə imkanlar yaradır.
Kənd təsərrüfatında əsas bitkiçilik məhsullarının dənli və dənli paxlalıların istehsalı 2450 ton olmaqla üstünlük təşkil edir. Digər kənd təsərrüfatı məhsullarından şəkər çuğunduru, kartof, tərəvəz, bostan bitkilərini söyləmək mümkündür. Əhali burada, əsasən, heyvandarlıqla məşğul olmuş və iri buynuzlu mal-qara, arı, qoyun və keçilər saxlayıb.
Eləcə də, Laçın rayonu ərazisində toxuculuq sənəti də inkişaf edib. Dünyada “Qasımuşağı” adı ilə tanınan xalçanın yaranması Laçın rayonun adı ilə bağlıdır. Sovetlər dönəmində rayonda yun və gön-dəri qəbulu müəssisəsi fəaliyyət göstərib. Bütün bu istiqamətlər gələcəkdə rayonun Qarabağın yüngül sənayesinin inkişafında dəstəkləyici faktora çevrilməyinə səbəb olacaq.
Qeyd edilib ki, burada işğaldan əvvəl 217 mədəniyyət müəssiəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, beş musiqi məktəbi, bir internat məktəbi, bir orta texniki peşə məktəbi fəaliyyət göstərib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.