Kürdəmirdə yolu keçmək istəyən piyadanı maşın vurub - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

18 Ocak 2021 - 18:24

Kürdəmirdə yolu keçmək istəyən piyadanı maşın vurub

Kürdəmirdə yolu keçmək istəyən piyadanı maşın vurub
ƏLAVƏ OLUNUB :

17 Noyabr 2020 - 23:09

Kürdəmirdə piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb. 

Gəncə Şəhər sakini, 1990-cı il təvəllüdlü Mahir Mehman oğlu Alıyev idarə etdiyi “Mercedes” markalı minik maşını ilə yolu keçmək istəyən piyada, rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Tural Aqil oğlu Rəsulovu vurub. 

Zərərçəkən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.