Главная > Hadisə > İmişlidə pambıq qəbulu məntəqəsində yanğın olub

İmişlidə pambıq qəbulu məntəqəsində yanğın olub


22-05-2025, 18:00. Разместил: Rss Bot Report

İmişli rayonunda pambıq qəbulu məntəqəsində yanğın olub.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndi yaxınlığında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələrinə pambıq tayasında yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.


Вернуться назад