Главная > Hadisə > İmişlidə pambıq sahəsində yanğın olub
İmişlidə pambıq sahəsində yanğın olub22-05-2025, 17:50. Разместил: Rss Bot Apa |
|
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İmişli rayonu, Qaralar kəndi yaxınlığında pambıq tayasında yanğın olması barədə ilkin məlumat daxil olub. Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib. Əlavə məlumat veriləcək.
Вернуться назад |