Главная > Hadisə > Göygöldə mikroavtobus aşıb, xəsarət alanlar var
Göygöldə mikroavtobus aşıb, xəsarət alanlar var16-04-2025, 09:00. Разместил: Rss Bot Report |
|
Göygöl şəhərində ağır yol qəzası baş verib. “Report”un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan minik avtomobili ilə sərnişin daşıyan mikroavtobus toqquşub. Zərbənin təsirindən 31 nömrəli xətt üzrə çalışan mikroavtobus yoldan çıxaraq aşıb. Qəzada azı 3 nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |