Главная > Hadisə > Gəncədə minik avtomobili işıq dirəyinə çırpılıb, 23 yaşlı gənc xəsarət alıb

Gəncədə minik avtomobili işıq dirəyinə çırpılıb, 23 yaşlı gənc xəsarət alıb


13-04-2025, 00:50. Разместил: Rss Bot Apa

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək, yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü, 2002-ci il təvəllüdlü İ. Niftalıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avtomobilə və işıq təsərrüfatına ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.


Вернуться назад