Главная > Hadisə > Naxçıvanda avtomobil iki yeniyetməni vurub

Naxçıvanda avtomobil iki yeniyetməni vurub


2-03-2025, 01:50. Разместил: Rss Bot Apa

Naxçıvan şəhərində avtomobil iki yeniyetməni vurub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.

Belə ki, avtomobil yolu keçən Babək rayon Güznüt kənd sakini, 2009-cu il təvəllüdlü Mustafayev Əli Zahid oğlunu və Naxçıvan şəhər sakini, 2008-ci il təvəllüdlü Abdullazadə Şahin İslam oğlunu vurub.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад