Главная > Hadisə > FHN: Ötən sutka 31 yanğına çıxış olub, 4 nəfər xilas edilib
FHN: Ötən sutka 31 yanğına çıxış olub, 4 nəfər xilas edilib28-02-2025, 11:00. Разместил: Rss Bot Apa |
|
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib. APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında qeyd olunub. Məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib, yanğın zamanı 3 nəfər təxliyə edilib. Вернуться назад |