Главная > Hadisə > FHN: Ötən sutka 28 yanğına çıxış olub, 8 nəfər xilas edilib
FHN: Ötən sutka 28 yanğına çıxış olub, 8 nəfər xilas edilib25-02-2025, 10:50. Разместил: Rss Bot Apa |
|
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib. Bu barədə Sizinxeber.az-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb, 3-ü azyaşlı olmaqla 7 nəfər təxliyə edilib.
Вернуться назад |