Главная > Hadisə > Sumqayıtda 14 kq heroin və marixuananın dövriyyəyə buraxılmasının qarşısı alınıb - VİDEO
Sumqayıtda 14 kq heroin və marixuananın dövriyyəyə buraxılmasının qarşısı alınıb - VİDEO30-01-2025, 09:50. Разместил: Rss Bot Apa |
|
Sumqayıtda polisin narkotik əməliyyatı - 14 kiloqram heroin və marixuananın dövriyyəyə buraxılmasının qarşısı alınıb. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət əməlinə görə məhkum edilmiş 44 yaşlı Renad Sultanov saxlanılıb. Bu barədə Sizinxeber.az-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ondan 14 kiloqrama yaxın narkotik vasitələr olan marixuana və heroin, həmçinin 79 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Bu şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əvvəlcədən müəyyənləşdirilmiş xüsusi komuflaj edilmiş yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. R.Sultanovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Вернуться назад |