Главная > Hadisə > Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb25-01-2025, 12:50. Разместил: Rss Bot Apa |
|
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb. Bu barədə APA-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nəsimi rayonu ərazisində 2 şəxsin dələduzluq yolu ilə 41000 dollar və 5720 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı T.Pənahov və F.Axundov müəyyən olunaraq saxlanılıb. Bundan başqa Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfəri aldadıb hesabına 500 manat pul ödətdirməkdə şübhəli bilinən 29 yaşlı H.Hüseynovun müəyyən olunaraq saxlanılması da təmin edilib. Faktlarla bağlı araşdırmalar aparılır. Вернуться назад |