Главная > Hadisə > Bakıda avtomobil işıq dirəyinə çırpılıb - FOTO
Bakıda avtomobil işıq dirəyinə çırpılıb - FOTO25-01-2025, 03:50. Разместил: Rss Bot Apa |
|
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, qəza Cəlil Məmmədquluzadə küçəsində baş verib. Belə ki, “Toyota” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb. Zərbənin təsirindən işıq dirəyi yerindən qopub. Hadisədə avtomobilə və yol təsərrüfatına ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |