Главная > Hadisə > Tovuzda anbarda yanğın olub

Tovuzda anbarda yanğın olub


6-01-2025, 17:50. Разместил: Rss Bot Apa

Tovuzda soyuducu anbarda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, rayonun Əyyublu kəndində ümumi sahəsi 850 m² olan soyuducu anbarın içərisində 1 ədəd soyutma qurğusu, 5 paq.m elektrik kabeli və şüşə-pambıq üzlük 9 m² sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад