Главная > Hadisə > Qaraçuxurda avtomobil piyadanı vuraraq öldürüb
Qaraçuxurda avtomobil piyadanı vuraraq öldürüb4-01-2025, 14:00. Разместил: Rss Bot Report |
|
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində maşın piyadanı vuraraq öldürüb. "Report" xəbər verir ki, yanvarın 2-də saat 21:00 radələrində Əlizadə Tapdıq Sahib oğlu etibarnamə əsasında idarə etdiyi “Opel Vektra" markalı avtomobillə yolu keçən 1978-ci il təvəllüdlü piyada Rzayevə Elnarə Polad qızını vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və istintaqı aparılır. Вернуться назад |