Главная > Hadisə > Goranboyda narkokuryer saxlanılıb

Goranboyda narkokuryer saxlanılıb


4-01-2025, 11:50. Разместил: Rss Bot Apa

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən 48 yaşlı İ. Hüseynzadə saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, ondan 7 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib. Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Вернуться назад