Главная > Hadisə > Goranboyda narkokuryer qadın saxlanılıb
Goranboyda narkokuryer qadın saxlanılıb4-01-2025, 11:30. Разместил: Rss Bot Report |
|
Goranboy rayonunda narkokuryer qadın yaxalanıb. "Report"un Qərb bürosunun məlumatına görə, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən 48 yaşlı İ.Hüseynzadə saxlanılıb DİN Mətbuat Xidməti Gəncə regional qrupundan bildirilib ki, ondan yeddi kiloqramdan artıq marixuana və tiryək aşkar edilib. Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib. Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Вернуться назад |