Главная > Hadisə > Sahil qəsəbəsində yarımtikilidə uçqun baş verib, ölən var
Sahil qəsəbəsində yarımtikilidə uçqun baş verib, ölən var23-12-2024, 22:00. Разместил: Rss Bot Report |
|
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yarımtikilidə uçqun baş verməsi barədə məlumat daxil olub. "Sizinxeber.az" xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə birmərtəbəli istifadə olunmayan köhnə yarımtikilidə dağıntı altında qalmış vətəndaş - 1989-cu il təvəllüdlü Babayev Bəhruz Əbülfət oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Вернуться назад |