Главная > Hadisə > Naxçıvanda yük avtomobili 34 yaşlı kişini vuraraq öldürüb

Naxçıvanda yük avtomobili 34 yaşlı kişini vuraraq öldürüb


11-12-2024, 21:50. Разместил: Rss Bot Apa

Naxçıvanda yük avtomobili 34 yaşlı kişini vuraraq öldürüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan-Ordubad avtomobil yolunun Babək rayon Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Culfa şəhər sakini, 1986-cı il təvəllüdlü Cəfərov Zaur Dadaş oğlunun idarə etdiyi 72-BE-060 dövlət nömrə nişanlı "Volkswagen" markalı avtomobil piyada Culfa rayon Ərəzin kənd sakini, 1990-cı təvəllüdlü Qeybullayev Qalib Hüseyn oğlunu vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.


Вернуться назад