DataLife Engine / Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

Sizinxeber.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “Khazar” markalı maşınlar toqquşub.

Qəza nəticəsində 1993-cü il təvəllüdlü Həsənov Həsən Gülağa oğlu və 1993-cü il təvəllüdlü Nüsrətzadə Nicat Əmrah oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

6-12-2024, 00:50
Вернуться назад