Главная > Hadisə > Sumqayıtda ər arvadını bıçaqlayıb - YENİLƏNİB
Sumqayıtda ər arvadını bıçaqlayıb - YENİLƏNİB2-12-2024, 11:00. Разместил: Rss Bot Apa |
|
Noyabrın 30-da 2002-ci il təvəllüdlü Z.Məmmədli Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək cari il oktyabrın 11-də yaşadığı mənzildə əri tərəfindən fiziki zorakılığa məruz qaldığını və onun kəsici alətlə qol nahiyəsinə xəsarət yetirdiyini bildirib. Bu barədə APA-ya DİN-Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib. Hazırda müraciət üzrə təhqiqat araşdırmaları aparılır.
*** 09.52
Sumqayıtda ər arvadını bıçaqlayıb. APA xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. 1993-cü il təvəllüdlü Vüqar Məmmədli ailə münaqişəsi zəminində həyat yoldaşı 2002-ci il təvəllüdlü Zəkiyyə Məmmədliyə bıçaqla xəsarətlər yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Fakt araşdırılır. Вернуться назад |