Главная > Hadisə > Bərdə sakinindən 4 kq-a yaxın marixuana götürülüb
Bərdə sakinindən 4 kq-a yaxın marixuana götürülüb30-11-2024, 10:50. Разместил: Rss Bot Apa |
|
Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Məhərrəm İsmayılzadə saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, M.İsmayılzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Вернуться назад |