Главная > Hadisə > Qazaxda saxlanılan şəxsdən 2 kq-a yaxın heroin götürülüb
Qazaxda saxlanılan şəxsdən 2 kq-a yaxın heroin götürülüb30-11-2024, 09:50. Разместил: Rss Bot Apa |
|
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Xəyal Rəhimov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, ondan ümumilikdə 2 kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Araşdırmalarla müəyyən edilib ki, X. Rəhimov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayonu ərazisində gizlədilən narkotikləri satış məqsədi ilə əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini maddi qazanc müqabilində həyata keçirdiyini bildirib. Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Вернуться назад |