Главная > Hadisə > Binəqədidə iki evdə yanğın olub

Binəqədidə iki evdə yanğın olub


8-11-2024, 09:50. Разместил: Rss Bot Apa

Bakı şəhərinin Binəqədi rayonunda bir dam altında tikilən evlərdən ümumi sahəsi 150 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə və bitişik sahəsi 100 m² olan 2 otaqlı evin dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад