Главная > Hadisə > Bu ilin 9 ayı ərzində təbii və texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər ölüb

Bu ilin 9 ayı ərzində təbii və texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər ölüb


31-10-2024, 10:00. Разместил: Rss Bot Report

2024-cü ilin 9 ayı ərzində respublika ərazisində 12183 təbii və texnogen mənşəli hadisə qeydə alınıb.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, bu da 2023-cü ilin 9 ayı ilə müqayisədə 242 hadisə və ya 2% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər həlak olub, 252 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 108 nəfər xilas edilib, 914 nəfər təxliyə olunub.


Вернуться назад