Главная > Hadisə > Bakıda aktyor və arvadı qətlə yetirilib
Bakıda aktyor və arvadı qətlə yetirilib23-10-2024, 10:00. Разместил: Rss Bot Apa |
|
Bakıda ər və arvadı qətlə yetirilib. Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. Qeyd edək ki, İosif Tkaç Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. O, bir sıra tamaşa və filmlərdə rol alıb. Вернуться назад |