Главная > Hadisə > Bank kartından 2500 manatdan çox pul oğurlayan kişi və qadın saxlanılıb
Bank kartından 2500 manatdan çox pul oğurlayan kişi və qadın saxlanılıb4-10-2024, 09:50. Разместил: Rss Bot Apa |
|
Bakı şəhər sakini olan bir nəfərin bank kartından 2605 manatının oğurlanması barədə Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı M.Kərimov və 23 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin içərisində bank kartı və sənədi olan pulqabısını oğurlamaqda və həmin kartdan alış-veriş etməkdə şübhəli bilinən 20 yaşlı V.Möhsümzadə saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır. Вернуться назад |