Главная > Hadisə > Abşeronda avtomobillərdən 11500 manat oğurlanıb, 4 nəfər tutulub

Abşeronda avtomobillərdən 11500 manat oğurlanıb, 4 nəfər tutulub


27-09-2024, 13:50. Разместил: Rss Bot Apa

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon ərazisində “Hyundai”, “Toyota”, “Mercedes”, “Kia” və “VAZ” markalı 5 avtomobildən müxtəlif üsul və vasitələrlə ümumilikdə 11500 manat pul, maqnitofon, bank kartı və sənədlər oğurlamaqda şübhəli bilinən 30 yaşlı A.Həsənov, 18 yaşlı İ.Rüstəmli, 31 yaşlı Ə.Məmmədov, 20 yaşlı B.Dadaşov müəyyən olunaraq saxlanılıblar.

Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Faktlarla bağlı araşdırma aparılır.


Вернуться назад