Главная > Hadisə > Maştağada bıçaqlanma olub, Elmir Quliyev saxlanılıb

Maştağada bıçaqlanma olub, Elmir Quliyev saxlanılıb


16-08-2024, 09:00. Разместил: Rss Bot Baku


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

DİN-nin mətbuat xidməti APA-nın sorğusuna cavab olaraq bildirib ki, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində Ə.Nəbiyevə kəsici-deşici alətlə xəsarət yetirilməsilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Elmir Quliyev saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Araşdırma aparılır.

Sizinxeber.az
Вернуться назад