Главная > Hadisə > Bakıda oteldə yanğın olub
Bakıda oteldə yanğın olub23-08-2025, 19:50. Разместил: Rss Bot Apa |
|
Bakıda üçmərtəbəli otel binasında yanğın olub. FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 1200 m² olan üçmərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən sauna otağının, sanitar qovşağının və dəhlizinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Otel binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Вернуться назад |