Главная > Hadisə > Binədə evdən oğurluq edən şəxs saxlanılıb

Binədə evdən oğurluq edən şəxs saxlanılıb


23-08-2025, 12:50. Разместил: Rss Bot Apa

Binə qəsəbəsində evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməyindən Sizinxeber.az-ya verilən məlumata görə, paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs gecə saatlarında Binə qəsəbə sakininin evinin pəncərəsini qıraraq içəri daxil olub və 7000 manat oğurlayıb.

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı X.Vüqaroğlu müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад