Главная > Hadisə > Səbaildə 10 kq marixuana aşkarlanıb
Səbaildə 10 kq marixuana aşkarlanıb23-08-2025, 11:50. Разместил: Rss Bot Apa |
|
Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Elnur Məmmədov saxlanılıb. Bu barədə Sizinxeber.az-ya DİN məlumat verib. Onun avtomobilindən 10 kiloqram 45 qram narkotik vasitə olan marixuana aşkarlanıb. E.Məmmədov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və pul müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. E.Məmmədovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Вернуться назад |