Главная > Hadisə > Astarada 47 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb - YENİLƏNİB
Astarada 47 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb - YENİLƏNİB22-08-2025, 18:50. Разместил: Rss Bot Apa |
|
Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətinin regional qrupundan Sizinxeber.az-ya bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu, 1999-cu il təvəllüdlü Murad Kazımzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır. *** 16.26 Astarada qətl hadisəsi baş verib. Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, Astara şəhərində qeydiyatda olan 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası, 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Вернуться назад |