Главная > Hadisə > İlin ilk altı ayında Azərbaycanda 132 təbii mənşəli hadisə baş verib, 6 nəfər ölüb

İlin ilk altı ayında Azərbaycanda 132 təbii mənşəli hadisə baş verib, 6 nəfər ölüb


22-08-2025, 15:30. Разместил: Rss Bot Report

Bu ilin I yarımili ərzində respublika ərazisində 132 təbii mənşəli hadisə qeydə alınıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin 2025-ci ilin birinci yarımili ərzindəki statistikasında qeyd olunub.

Bildirilib ki, hadisələr nəticəsində 6 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Bu il təhlükəli meteoroloji və aqrometeoroloji hadisələrin sayında azalma müşahidə olunur. Beləki, 2024-cü ildə 102 belə hadisə qeydə alınmışdısa, bu il bu göstərici 78-ə enib.


Вернуться назад