Главная > Hadisə > Tovuzda piyadanı avtomobil vuraraq öldürüb - FOTO

Tovuzda piyadanı avtomobil vuraraq öldürüb - FOTO


21-08-2025, 23:50. Разместил: Rss Bot Apa

Tovuzda piyadanın ölümü ilə vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada 1968-ci il təvəllüdlü Məhərrəm Abbasovu vurub.

M. Abbasov xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад