Главная > Hadisə > Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB
Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB21-08-2025, 18:30. Разместил: Rss Bot Report |
|
Masallıda Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb. “Sizinxeber.az”un Cənub bürosunun məlumatına görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin axtarışları nəticəsində 67 yaşlı Mirmusa Aslanovun meyiti Viləşçay su anbarında aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib. 08:32 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub. FHN-dən "Sizinxeber.az"a vrilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Вернуться назад |