Главная > Hadisə > Ağdərədəki yanğın zamanı mina partlayıb, xəsarət alan var

Ağdərədəki yanğın zamanı mina partlayıb, xəsarət alan var


21-08-2025, 18:00. Разместил: Rss Bot Report

Ağdərədə baş verən yanğın zamanı mina partlayışı hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, partlayış zamanı yanğınsöndürən Babək Zeynalov yaralanıb.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onun Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılması nəzərdə tutulur.

Hazırda yanğının söndürülməsi işləri davam edir.


Вернуться назад