Главная > Hadisə > Coratda evdə yanğın olub - VİDEO
Coratda evdə yanğın olub - VİDEO21-08-2025, 13:50. Разместил: Rss Bot Apa |
|
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evinin yardımçı tikilisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 180 m² olan yardımçı tikilinin təsərrüfat otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Yardımçı tikilinin qalan hissəsi və fərdi yaşayış evi yanğından mühafizə olunub.
Вернуться назад |