|
20.08.2025-ci il tarixində saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə Sizinxeber.az-ya TƏBİB-dən məlumat verilib. Onlardan 9-u azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. 15 nəfər ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir. *** 01:16 Şəmkirdə dönərdən zəhərlənən şəxslərin kimliyi açıqlanıb. Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, zərərçəkənlər bunlardır: -
1991-ci il təvəllüdlü V. Hüseynov -
2019-cu il təvəllüdlü D. Bayramlı -
2014-cü il təvəllüdlü X. Abbasova -
1987-ci il təvəllüdlü G. Babayeva -
2020-ci il təvəllüdlü Ö. Abbasov -
2011-ci il təvəllüdlü Ş. Babayeva -
2013-cü il təvəllüdlü Q. Babayev -
2016-cı il təvəllüdlü H. İsmayılov -
2022-ci il təvəllüdlü A. Hüseynova -
2005-ci il təvəllüdlü N. Nağıyeva -
2002-ci il təvəllüdlü A. Muradov -
2019-cu il təvəllüdlü S. İsmayılov -
1978-ci il təvəllüdlü E. Muradova -
2020-ci il təvəllüdlü A. Qurbanova -
1986-cı il təvəllüdlü G. İsmayılova -
1998-ci il təvəllüdlü A. Vəlizadə -
1996-cı il təvəllüdlü T. Süleymanova -
1975-ci il təvəllüdlü R. Əhmədova -
1986-cı il təvəllüdlü G. Bayramlı -
N. Süleymanlı Məlumata görə, zəhərlənən şəxslərin vəziyyəti hazırda normaldır. *** 23:43 Şəmkir rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, 20 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, zəhərlənmə dönərdən qaynaqlanıb.
Вернуться назад
|