Главная > Hadisə > Bakıda qeyri-etik reklam mətni olan elektron lövhə yığışdırılıb
Bakıda qeyri-etik reklam mətni olan elektron lövhə yığışdırılıb20-08-2025, 14:30. Разместил: Rss Bot Report |
|
Bakının Xətai rayonunda, Məhəmməd Hadi küçəsində obyektlərdən birində qoyulan qeyri-etik reklam mətni olan elektron lövhə yığışdırılıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib. Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən həmin reklam sökülüb. Xatırladaq ki, sözügedən reklam mətni ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb və narazılığa səbəb olub. Вернуться назад |