Главная > Hadisə > Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxlanılıb
Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxlanılıb20-08-2025, 12:30. Разместил: Rss Bot Report |
|
Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxlanılıb. Bu barədə "Sizinxeber.az"a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində iki Banqladeş vətəndaşı – 1985-ci il təvəllüdlü Mon Pabon Chandra və 2001-ci il təvəllüdlü MD Raju dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. Вернуться назад |