Главная > Hadisə > Gəncədə 15 yaşlı oğlan öldürülüb, həmyaşıdı tutulub - YENİLƏNİB
Gəncədə 15 yaşlı oğlan öldürülüb, həmyaşıdı tutulub - YENİLƏNİB19-08-2025, 22:50. Разместил: Rss Bot Apa |
|
Gəncədə 15 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sizinxeber.az-nın yerli bürosuna verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır *** 21:29 Gəncədə qətl hadisəsi baş verib. Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb. Belə ki, 2010-cu il təvəllüdlü T. Məmmədov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatırılıb. Həkimlərinin müdaxiləsinə baxmayaraq 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Вернуться назад |