Главная > Hadisə > Bakıda 46 yaşlı kişi qətlə yetirilib, qadın şübhəli qismində saxlanılıb -YENİLƏNİB
Bakıda 46 yaşlı kişi qətlə yetirilib, qadın şübhəli qismində saxlanılıb -YENİLƏNİB19-08-2025, 17:00. Разместил: Rss Bot Report |
|
Bakının Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Elşad Şixiyevin ölməsi barədə rayon prokurorluğunda cinayət işi başlanıb. Bu barədə "Report"a Xəzər Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. 14:23 Bakının Xəzər rayonunda 46 yaşlı kişi qətlə yetirilib. "Report" xəbər verir ki, hadisə avqustun 19-u gecə saat 2 radələrində Şağan qəsəbəsində qeydə alınıb. Bildirilib ki, 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla onun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyənləşib. Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən, 1987-ci il təvəllüdlü Aysel Rufullayevanı saxlayaraq istintaqa təhvil verib. Araşdırmalar aparılır. Вернуться назад |